Milli Parkda incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert keçirilib - FOTOSESSİYA
Bayram şənliyində incəsənət ustalarının ifaları gecəyə daha da rəng qatıb. Röya, İzzət Bağırov, Tünzalə Ağayeva, Elnur, Gülyanaq və Gülyaz Məmmədovalar, Ədalət Şükürov, Bilal Əliyev, Mübariz Tağıyev, Zamiq, Zülfiyyə Xanbabayeva, Mələkxanım Eyyubova, Faiq Ağayev və digər müğənnilər gecədə çıxış ediblər. \"Eurovision- 2010\" mahnı müsabiqəsində Azərbaycana 5-lik qazandıran Səfurə Əlizadənin \"Sarı gəlini\" ifa etməsi bayram şənliyinə daha da rəng qatıb.
Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.
Məlumat üçün bildirək ki, konsert proqramında həmçinin Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Sarayı qarşısındakı parkda hazırlanan kompozisiyalardan fraqmentlər də nümayiş olunub.
Qeyd edək ki, konsert proqramı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB