Gül bayramı möhtəşəm konsert və atəşfəşanlıqla başa çatdı - FOTOSESSIYA
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təşkil olunan gül bayramı konsertlə başa çatıb. SİA-nın xəbərinə görə, Gül bayramı bu gün saat 11:00-dan 19:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayının qarşısındakı parkda keçirilib. Saat 21:00-dan Milli Parkın ərazisində saat qülləsi yanında incəsənət ustalarının iştirakı ilə gözəl bayram konserti təşkil olunub.
Bakılılar, eləcə də qonaqların iştirak etdiyi bu təravətli və füsunkar bayram şənliyi sonda möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB