Əli Əhmədov: “Müxalifət ictimaiyyətin diqqətini cəlb etmək üçün təxribatçı əməllərə əl atır”

Əli Əhmədov: “Müxalifət ictimaiyyətin diqqətini cəlb etmək üçün təxribatçı əməllərə əl atır”

"İctimai palata və digər müxalifət partiyaları mitinqlərə gələn insanların az olduğunu gizlətmək üçün aksiyalarını ya metro çıxışlarında, ya da bazarların qarşısında keçirir". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov SİA-ya açıqlamasında deyib. YAP funksioneri həmçinin əlavə edib ki, həmişə müxalifət nümayəndələri üçün müxtəlif yerlərdə kütləvi aksiyalar keçirmələrinə imkan yaradılıb, ancaq məlum olub ki, İctimai palatanın və digər müxalifət partiyalarının birləşib bir yerdə keçirdikləri mitinqə çox az sayda adam gəlir: "Mitinqə çox az sayda insanın çıxmasının səbəbi isə Azərbaycan xalqının bu günki müxalifətə inamının tükənməsi ilə bağlıdır. Müxalifət bunu aydın şəkildə görür, bu proses artıq onların iflası deməkdir".

Əli Əhmədov bildirib ki, müxalifətin mitinqinə nə qədər adamın gəldiyi bu yaxınlarda onların keçirdikləri aksiyadan da göründü: "Mən belə hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu günki müxalifətlə bağlı aydın təsəvvürə malikdir. Aydın təsəvvür onların dəfələrlə keçirdikləri mitinqdə və çağırışda görülüb. Müxalifət çox mühüm mədəni bir hadisənin keçirilməsi zamanı təxribat törətməyə hazırlaşır. Dünyaca mühüm "Avroviziya" mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi ərəfədə müxalifət aksiya keçirməyi planlaşdırır. Onlar düşünülməmiş, xalqımızın maraqlarına uyğun gəlməyən bu əməlləri sayəsində özlərini gözdən salır. Artıq Azərbaycan xalqının gözündən düşür və getdikcə nüfuzlarını itirirlər.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə