4 ölkədə ümummilli liderin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək

4 ölkədə ümummilli liderin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək
Avropada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək. "Odlar Yurdu" diaspor qurumunun təşkil etdiyi turnirin Avropanın 4 ölkəsində - Rumıniya, Çexiya, Avstriya və Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur. Yarışda sözügedən hər bir ölkədə yaşayan soydaşlarımız və əcnəbilərdən ibarət 8 komanda iştirak edəcək. Turnirə mayın 9-da Buxarestdə start veriləcək. Turnirin qalibləri Heydər Əliyev kuboku ilə mükafatlandırılacaqlar. "Odlar Yurdu" diaspor təşkilatının rəhbəri İlham Nağıyevin bildirdiyinə görə, yarışlarda həmvətənlərimizlə yanaşı, həmin şəhərlərdə fəaliyyət göstərən diplomatik qurumların nümayəndələri, idman cəmiyyətləri qonaq qismində iştirak edəcəklər. Qonaqlara Azərbaycan haqqında məlumat kitabçalarının, ölkəmizi simvolizə edən xatirə hədiyyələrinin paylanması nəzərdə tutulur. Xatırladaq ki, "Odlar Yurdu" təşkilatı mütəmadi olaraq Avropa ölkələrində Heydər Əliyev kuboku uğrunda futzal turniri keçirir. Belə tədbirlər idman hadisəsi olmaqla bərabər, xaricdə Vətənimizin tanıdılması işinə töhfədir.

Bütün xəbərlər Facebook səhifəmizdə