Azərbaycanın İordaniyadakı səfiri bu ölkə senatının sədr müavini ilə görüşüb

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniya Senatının sədrinin birinci müavini Abdurrauf Ravabdehlə görüşüb. Səfirlikdən SİA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-İordaniya parlamentləri arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Ravabdehin başçılığı ilə nümayəndə heyətinin keçən ay ölkəmizə edilmiş səfərin nəticələri haqqında fikir mübadiləsi aparılıb.

Senat təmsilçisi iki ölkənin qanunverici orqanları arasında yeni əməkdaşlıq üfüqləri açılacağına əminliyini ifadə edib. O bildirib ki, Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşündə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərindən bəhs edilib.

İordaniya rəsmisi ölkəsinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. O, işğalın gec-tez başa çatacağına, Azərbaycanın öz torpaqlarını tezliklə geri qaytaracağına əminliyini vurğulayaraq hazırda beynəlxalq münasibətlərdə beynəlxalq hüququn deyil, ayrı-ayrı böyük dövlətlərin maraqlarının hökm sürdüyünü təəssüflə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...