İranda keçirilən parlament seçkilərinin ikinci turunda qalib gələn namizədlərin adları elan edilib

İranda mayın 4-də keçirilən IX çağırış parlament seçkilərinin ikinci turunda qalib gələn namizədlərin adları elan edilib. SİA-nın məlumatına görə, bu barədə İran Seçki Qərargahı açıqlama verib. Bildirilib ki, ikinci turda 135 namizədin mübarizə apardığı 65 yer üçün millət vəkilləri seçilib. Tehran vilayətindən 25 millət vəkili seçilib. Onlardan 4-ü qadındır. İkinci turda paytaxtda ən çox səs toplayan Bijan Nobave Vatan olub. O 491799 seçicinin səsini qazanıb. IX çağırış parlament seçkilərinin birinci turunda 225, ikinci turunda isə 65 millət vəkili seçilib. Ümumilikdə, seçilən 290 deputatdan 9-u qadındır. İran Seçki Qərargahından o da bildirilib ki, seçkilərlə bağlı şikayəti olan namizədlər 2 gün ərzində quruma müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə