Ermənistanda mitinq zamanı partlayış baş verib - 144 nəfər yaralanıb - VİDEO - FOTO
Ermənistanın paytaxtı İrəvanda hazırkı prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının keçirdiyi mitinqdə partlayış baş verib. SİA-nın Ermənistan KİV-nə istinadən yaydığı məlumata görə, mitinqdə içərisi heliumla doldurulmuş şarların partlaması nəticəsində 144 nəfər xəsarət alıb. Partlayışa yandırılmış siqaretin səbəb olduğu güman edilir.
Yaşanan panikaya və yaralıların çoxluğuna baxmayaraq, S.Sarkisyan mitinqdə çıxışını davam etdirib. Onun daha sonra yaralılara baş çəkmək üşün xəstəxanaya da getdiyi bildirilir.
Xatırladaq ki, mayın 6-da Ermənistanda parlament seçkiləri keçiriləcək. Keçiriliən mitinq isə iqtidardakı Respublika partiyasının son seçkiqabağı aksiyası olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB