Azərbaycan Prezidentinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib

Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılıb.

SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən iclasda dövlətimizin başçısı budəfəki gündəliyin "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr olunduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Muna bu iclasda iştirak etdiyinə görə təşəkkürünü bildirib.

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbrik edib. Bildirib ki, terrorla mübarizədə ortaq konsepsiyanın yaradılması vacibdir.

Almaniyanın xarici işlər naziri Qido Vestervelle, Toqonun xarici işlər və əməkdaşlıq naziri Elliot Ohin, Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri Yusif Əmrani, Rusiya Prezidentinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi nümayəndəsi Aleksandr Zmeyevski, Kolumbiyanın çoxtərəfli işlər nazirinin müavini Patti Londono, Çin, Pakistan, Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, Fransa və Portuqaliya nümayəndələri Azərbaycan Prezidentinə Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbriklərini çatdırıb, terrorizmin hazırda dünya üçün ən böyük təhdid olduğunu və BMT-nin bu sahədə həyata keçirdiyi mübarizə tədbirlərini dəstəklədiklərini bildiriblər.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...