“Akkord” Korporasiyası Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyasında iştirak edib - FOTO

“Akkord” Korporasiyası Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyasında iştirak edib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının mənzil qərargahında talassemiyalı uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib. "Akkord" Korporasiyasından SİA-ya verilən məlumata görə, Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş aksiyaya "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin direktorlar şurasının sədri, baş direktor Xaqani Quluzadə başda olmaqla Korporasiyanın 150 nəfərdən artıq rəhbər və işci heyəti qoşulub.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının rəhbərliyi aksiyada mütəşəkkil iştiraka görə,"Akkord" rəhbərliyinə minnətdarlığını bildirib, belə xeyriyyəçilik aksiyalarında hər zaman öndə gedən "Akkord" Korporasiyasının hamı üçün nümunə olduğu vurğulanıb.





Bütün xəbərlər Facebook səhifəmizdə