Əli Əhmədov: \"Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarında ədalətli mövqe yoxdur”-MÜNASİBƏT

\"Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarında ədalətli mövqe yoxdur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Almaniyanın bəzi mətbuat orqanları Azərbaycanla bağlı qərəzlərini gizlətmirlər: "Azərbaycanda da bəzi kütləvi informasiya vasitələri buna cavab veriblər. Hesab edirəm ki, iki ölkənin KİV-ləri arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxilə etməsinə heç bir lüzum yox idi, bu yersiz və yolverilməz idi. Düşünürdüm ki, Almaniya səfiri bu hadisələrin fövqündə dayanan bir mövqe seçəcək. Amma təəssüflə bildirmək istəyirəm ki, səfir tərəflərdən birinin- Almaniyanın bəzi KİV-lərinin qərəzli mövqeyinin tərəfini tutdu. Beləliklə də özünü bu prosesin içində göstərdi. Ona görə də bundan inciməyə, buna başqa cür qiymət verməyə onun haqqı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə