Ulu Öndərin döğum günü Şəmkir rayonunda silsilə tədbirlərlə qeyd edilir - FOTOSESSİYA

Ulu Öndərin döğum günü Şəmkir rayonunda silsilə tədbirlərlə qeyd edilir - FOTOSESSİYA

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Şəmkir rayonunda silsilə tədbirlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, ilk öncə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı, Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayonun məktəblər arası Marş yürüşü keçirilib.

Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili, politoloq Mübariz Qurbanlı, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Rayon Təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlinski, Gənclər və İdman İdarəsinin rəisi Pərvin Gözəlov iştirak ediblər.

Tədbiri ilk öncə Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov açıb. Sonra söz YAP İcra katibinin müavini, millət vəkili, politoloq Mübariz Qurbanlıya verilib. Mübariz Qurbanlı geniş məzmunlu çıxış edib və qalibləri təbrik edib.

Sonda qaliblərə YAP Şəmkir rayon təşkilatı tərəfindən Fəxri fərmanlar, Diplomlar və qiymətli hədiyyələr verilib.

Daha sonra YAP Şəmkir rayon təşkilatı qərərgahında Gənclərlə Elmi Proktik Konfrans keçirilib.

Konfransda YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Rayon təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski və rayonun fəal gəncləri iştirak ediblər.

Fəxrəddin Vəliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində bu gün gənclər cəmiyyətdə öz yerini tutur. " Ulu öndər Heydər Əliyev hər bir gəncin Azərbaycanın müstəqilliyini təmin etmək üçün Vətənini, olkəsini xalqını, millətini, dilini, dinini, milli ənənələrin sevməli olduğunu bildirdi".

Sonra çıxış üçün soz YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Ruhid Hacıyevə verilib. R.Hacıyev qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan YAP hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilb. Bu mənada YAP Gənclər Birliyinin üzvləri də hər zaman milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər: "Ölkəmizdə yüksək bilik və bacarığa, intellektə malik yeni gənc nəsil formalaşır. Sevindirici haldır ki, bu gənclərin əksəriyyəti partiyamızın sıralarında cəmləşir. Gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradan YAP onların potensialından səmərəli istifadə edir".

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlinski bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir.

Sonra çıxış edən Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov bildirib ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz gənclərmizin vətənpərvər ruhda inkişafı üçün hər cür şəraiti yaradır.

Sonra çıxış üçün söz YAP İcra katibinin müavini, millət vəkili, Politoloq Mübariz Qurbanlıya verilib. M.Qurbanlı qeyd edib ki, ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətidir. "Təsadüfü deyil ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər deye bildirdiⅦ.

Yekunda çıxış edənlər Şəmkir rayon Təhsil şöbəsinin metodisti Firuzə İmanova, Şəmkir rayon Mərkəzi Xəstəxananın gənc həkimi Şahin Rzayev və digərləri qeyd ediblər ki, artıq Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, ona həm Azərbaycan cəmiyyəti etibar edir, həm də dünyada hörmət olunur: "Bu gün Azərbaycan gəncliyi intellektualdır, gənclərimiz fəaliyyət göstərdikləri hər bir sahədə yüksək peşəkarlıq nümayiş etdirirlər. Gənclərimizin fəallığı Azərbaycanın beynəlxalq nüfuzuna da öz müsbət təsirini göstərdiyini".

Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş şahmat yarışının qaliblərinə YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə