Elşad Mirbəşiroğlu: “Radikal müxalifətin siyasi hakimiyyətə gəlmək potensialı çoxdan tükənib” - AÇIQLAMA
Onun sözlərinə görə, Azərbaycanda hakimiyyətə gəlməyin sivil yolları mövcuddur: "Çox təəssüf edirəm ki, avropalı səfirlər Azərbaycanda müxalifət nümayəndələri ilə görüşərək onlara qeyri-sivil, qeyri-demokratik yolla hakimiyyətə gəlinməsi məsələlərini, resurslarını başa salır. Xüsusilə almaniyalı diplomatların etdiyi hərəkətlərə münasibətim olduqca neqativdir. Azərbaycanda heç kimin demokratik yolla hakimiyyətə gəlməsinin qarşısında maneə yoxdur. Ümumiyyətlə, Azərbaycanda hakimiyyətin, iqtidarın müəyyənləşdirilməsində xarici qüvvələrin rolu birmənalı olaraq pis bir addım kimi qiymətləndirilir".
Politoloq hesab edir ki, İctimai Palatada təmsil olunan radikal düşərgənin nümayəndələri Əli Kərimli, İsa Qənbər, Pənah Hüseyn kimi insanların siyasi hakimiyyətə gəlmək üçün potensialı çoxdan tükənib: "Vaxtı ilə onlar hakimiyyətdə olsa da idarəedicilik bacarıqlarını və xalqa verə biləcəklərini göstəriblər. Nəticədə adı çəkilən üzvlər xalqdan bir növ özlərinə qarşı etimadsızlıq gördülər. Bu baxımdan hesab edirəm ki, xarici ölkərin səfirlərinin xüsusilə almaniyalı nümayəndələrin bu cür görüşləri, səsləndirdikləri bəyanatlar siyasi düşüncələrin zəif olması ilə xarakterizə edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB