Novruz Məmmədov: \"Azərbaycanın Qərblə yaxınlığı İranla münasibətlərdə müəyyən gərginlik yaradıb\"
"Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Bloomberg Bussinesweek"ə müsahibəsində deyib: "Biz hazırda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində Avropa və ABŞ-ın Ermənistana təzyiq göstərməsini istəyirik. Eyni zamanda dünyada Azərbaycan taleyini Qərblə bağlayan yeganə müsəlman ölkəsidir. Bununla yanaşı, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir. Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük".
Azərbaycanın Qərblə yaxınlığının İranla münasibətlərdə müəyyən gərginlik yaratdığını deyən PA rəsmisi Qərbin bəzi mətbuat orqanlarını ABŞ kəşfiyyatının adı çəkilməyən casuslarına istinadən Azərbaycanın guya öz aerodomlarını İrana mümkün hərbi aviazərbələrin endirilməsi üçün İsrailə təklif etməsi haqqında məlumat yaymasından sonra Azərbaycan və İran arasında gərginliyi qızışdırmağa cəhd etməkdə təqsirləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB