Politoloq: \"İranın beynəlxalq aləmdə nüfuzu kifayət qədər aşağı səviyyədədir\" - MÜNASİBƏT
"İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik etməklə bağlı təkliflərini bir neçə dəfə şahidi olmuşuq. Hələ 1992-ci ildə İranın belə təklifləri Şuşanın və Laçının işğalı ilə başa çatdı. Azərbaycan tərəfi belə təklifi öyrənmək istədikdə öz əraziləri işğal olundu.
Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında bildirib ki, İran belə təklifi irəli sürməklə nəinki onun verəcəyi səmərə barədə daha çox öz ölkəsinin imici haqqında düşünür: "İranın beynəlxalq aləmdə nüfuzu kifayət qədər aşağı səviyyədədir. Sülhpərvər dövlət kimi çıxış etmək daha çox İrana kömək edir. İran daha çox regionda Ermənistanın müttəfiqidir. Ermənistan özü-özünü blokada halına salıb. Ermənistanı blokadadan çıxara bilən dövlət də məhz İrandır. Bu gün İranla Ermənistan arasında iki tərəfli sıx iqtisadi əlaqələr mövcuddur. Əgər İrana qarşı müharibə başlansa, sanksiyaların ardınca Ermənistan üçün həyat pəncərəsi olan İran da bağlanar və bu halda rəsmi İrəvan ətraf ölkələrdən izolyasiya ola bilər. Faktiki olaraq Ermənistanı müdafiə edən məhz İrandır".
Politoloq deyib ki, İrana qarşı sanksiyalar ciddi şəkildə artma dinamikasına malikdir. Belə ki, daha ciddi sanksiyalar cari ilin iyul ayından gözlənilir: "Avropa ölkələri İrana qarşı neftlə bağlı öz embarqoların tətbiq edəcəklər. İrana qarşı Anakonda modelini tətbiq edib İranı iqtisadi və malliyyə baxımından ipə-sapa yatırmaqdı. Rəsmi Vaşinqtonda dəfələrlə bildirib ki, güc tətbiqi variantı gündəlikdən çıxarılmayıb. İsrailin də hərbi qüvvə tətbiq etmək mövqeyi güclüdür. Mən belə hesab edirəm ki, 2013-cü ilin yayına qədər İrana qarşı heç bir güc tətbiqini gözləmək olmaz. Bu haqda daha çox bəhs ediləcəkdir. Cünki bu informasiya və psixoloji müharibənin tərkib hissəsidir".
Elman Nəsirli bildirib ki, sanksiya və təzyiqlərdə əsas məqsəd ölkə daxilindəki, mərkəzdən qaçma qüvvələrin fəaliyyətinə rəvac verməkdir. Çünki, böyük sərvətin sahibi olan qüvvələr istəməzlər ki, ABŞ-ın raketləri onların qurub yaratdıqlarını 1 saniyə içərisində dağıtsın: "İnformasiya müharibəsinin əsas tərkib hissəsi mərkəzdən qaçma qüvvələrini fəallaşdırmaqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB