Politoloq: “İranın Qarabağ münaqişəsində vasitəçiliyi mümkün deyil”
\"İran Qərbin onu təcrid etməyə çalışdığı bir vaxtda Qarabağ münaqişəsi bölgəsində xarici hərbi qüvvələrin yerləşdirilməsinə öz təhlükəsizliyi kontekstində baxır\". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, məhz bu səbəbdən İran istərdi ki, münaqişə tərəfləri, ümumiyyətlə, Minsk Qrupu formatından imtina edərək onun da yer aldığı alternativ vasitəçilik formatını seçsin: "Yəni ABŞ və Avropa Qarabağ nizamlanmasından kənarda qalsın və onların regionda öz qüvvələrini yerləşdirmək imkanları aradan qalxsın".
Politoloq deyir ki, rəsmi İrəvan danışıqlar prosesinin gedişi haqda İranı müntəzəm olaraq məlumatlandırır və bununla da Tehranın prosesə müəyyən təsir imkanlarına malik olmasını təmin edir. Eyni zamanda Ermənistanda nəzərə alırlar ki, İranın prosesdə vasitəçiliyi real deyil: "İranın bu münaqişəyə marağı başadüşüləndir. Çünki söhbət Dağlıq Qarabağ ətrafında olan rayonlardan üçünün İranla birbaşa sərhəddə yerləşməsindən gedir. Yəni İran ABŞ və Fransadan fərqli olaraq münaqişə zonası ilə bilavasitə sərhəddədir və bu statusa malik olan yeganə ölkədir. Eyni zamanda İranın Qarabağ münaqişəsində vasitəçiliyi mümkün deyil. Çünki hazırkı situasiyada Qarabağ nizamlanmasının formatını dəyişdirmək qətiyyən mümkün hesab edilmir. Minsk Qrupuna ABŞ, Rusiya və Fransa kimi böyük ölkələr həmsədrlik edir, İranın isə bu formata daxil edilməsinə heç kim imkan verməzdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB