Əli Babacan: \"Protokollar Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan həyata keçirilməyəcək\"

Əli Babacan: \"Protokollar Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan həyata keçirilməyəcək\"

Türkiyə baş nazirinin müavini Əli Babacan ABŞ-da Tufts Universiteti Fletçer Hüquq və Diplomatiya Məktəbində keçirilmiş konfransda Ermənistanla münasibətlərin normallaşma prosesi haqqında suallara cavab verib. SİA-nın \"AzərTAc\"a istinadla verdiyi xəbərə görə, Əli Babacan deyib: "Türkiyə Sürixdə imzaladığı protokolları Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan həyata keçirməyəcək".


Əli Babacan bildirib ki, protokolların imzalanmasından əvvəl Ankara qarşı tərəfə prosesin Azərbaycanla Ermənistan arasında davam edən danışıqlarla paralel aparılmalı olduğunu əsas şərt kimi irəli sürüb: \"Biz düşündük ki, bu iki problemin həlli ilə həm Azərbaycan, həm də Türkiyənin Ermənistanla münasibətləri normallaşacaq və bölgədə sabitliyə töhfə olacaq. Lakin Azərbaycanla Ermənistan arasında problemin həllinə hələ də nail olunmayıb. Bu, bölgə üçün enerji və kommunikasiya xətləri baxımından yeni bir geoploitik mənzərə yaranmasına mane olur. Türkiyə bu problemin tezliklə nizama salınmasını istəyir\".

Bütün xəbərlər Facebook səhifəmizdə