Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Bakıda sərnişin avtobusunun aşması ilə bağlı rəsmi məlumat yayıb. FHN-dən SİA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "Daewoo" markalı avtobus küvetə aşıb. Sürücü və 2 nəfər sərnişin xəsarət alıb. Xilasedicilər yaralıları aidiyyəti üzrə təhvil vermiş və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 13:01-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB