Nəsimi və Nərimanov rayonlarına suyun verilişi məhdudlaşdırılacaq

Nəsimi və Nərimanov rayonlarına suyun verilişi məhdudlaşdırılacaq
Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar aprelin 28-29-da paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (M.Qaşqay, C.Hacıbəyli, Təbriz küçələrinə, Xətai prospektinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə