Ariel Koen: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bütün tərəflərin marağındadır"

Ariel Koen: "Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bütün tərəflərin marağındadır"

Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bütün tərəflərin marağındadır. Bunu Vaşinqtonda baş tutan "ABŞ-Azərbaycan münasibətləri: gələcəyə baxış" mövzusunda keçirilən konfransda Birləşmiş Ştatların "Heriteyc" fondunun eksperti Ariel Koen deyib. Onun sözlərinə görə, konfliktin aradan qaldırılması ümumilikdə regionun inkişafında mühüm rol oynayacaq.


A.Koen çıxışında həmçinin Cənubi Qafqazın ABŞ-ın xarici siyasətində mühüm rol oynadığını vurğulayaraq bölgənin İran və Rusiya kimi iri ölkələrin maraqları baxımından da diqqət çəkiciliyindən söhbət açıb. Ekspertin qənaətincə, 20 il öncə regiondakı vəziyyət nikbinlik üçün daha çox əsas verirdi. "Bu gün həmin vaxtla müqayisədə müəyyən sabitlik nəzərə çarpır, amma təhlükəsizlik məsələlərində ciddi fərqliliklər var", - deyən politoloqun fikrincə, Rusiya bölgədə təsirini saxlamağa can atır. Buna görə də Birləşmiş Ştatlar administasiyası bu regiondakı məsələlərdə aktiv olmalıdır.


A.Koen eyni zamanda Cənubi Qafqazın yaxın 20 il ərzində ciddi pozitiv dəyişikliklər məkanına çevriləcəyinə əminliyini vurğulayıb: "İnanıram ki, İran konstruktiv mövqe tutacaq. Bütün qonşu ölkələrin, bununla yanaşı, ABŞ-ın da əsl tərəfdaşına çevriləcək"./168.az/

Bütün xəbərlər Facebook səhifəmizdə