Hüquq müdafiəçisi: \"Ştrasserin Azərbaycana gəlməkdən imtina etməsi təmsil etdiyi təşkilatın nüfuzuna zərbədir\"

Hüquq müdafiəçisi: \"Ştrasserin Azərbaycana gəlməkdən imtina etməsi təmsil etdiyi təşkilatın nüfuzuna zərbədir\"

\"Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə həmməruzəçisi Kristoffer Ştrasserin Azərbaycana gəlməkdən imtina etməsi təmsil etdiyi təşkilatın nüfuzuna böyük zərbədir\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı deyib. Onun sözlərinə görə, Ştrasserin Azərbaycanla bağlı qiyabi hesabat hazırlayacaq kimi ifadələr işlətməsi təffəkürdən çox uzaqdır: "Ştrasser bəyan edib ki, hazırlanacaq hesabat yalnız Azərbaycana şamil olunacaq. Bundan başqa, o əvvəlcədən, heç bir materiala baxmadan bəyan edib ki, hesabat ölkəmiz üçün müsbət olmayacaq. Məruzəçinin bu bəyanatı onun obyektivliyinə ciddi şübhələr yaradır".

Hüquq müdafiəçisi bildirib ki, problemləri ölkə daxilində həll etmək lazımdır: "Ona görə də Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsi, Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluqla sıx işləyirik. Çünki elə məsələlər var ki, onların yardımı ilə həll edə bilirik. Hesab edirəm ki, bütün problemləri ölkə daxilində həll etməyə çalışmalıyıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə