Bolqarıstanın baş naziri Boyko Borisov bu gün Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Bolqarıstanın baş naziri Boyko Borisov bu gün Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın baş naziri Boyko Borisov bu gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA-nın xəbərinə görə, ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

Bolqarıstanın baş naziri Boyko Borisovun başçılıq etdiyi nümayəndə heyəti həmçinin Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər. Bolqarıstanın baş naziri Boyko Borisov "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə