Bakı Funikulyorundan son xəbər

Bakı Funikulyorunda aparılan təmir tikinti işlər artıq tamamlanmaq üzrədir. Hazırda təmir işlərinin son mərhələsi aparılır. Funikulyorun stansiyaları tamamilə şüşədən yığılıb və piramida formasındadır. İş icraçısı Nazim Məmmədovun SİA-ya verdiyi məlumata görə, yeni funikulyor müasir standartlara uyğun hazırlanıb. Funikulyorun tikintisində istifadə edilən konstruksiyaların müəyyən hissəsi İsveçdən gətirilib. Təmir çərçivəsində funikulyorun köhnə relsləri təzələnib, yeni vaqonlar qoşulub. Relslər Almaniyadan, yeni vaqonlar və funikulyorun tikintisində istifadə edilən konstruksiyaların müəyyən hissəsi ilə birlikdə İsveçrədən alınıb.

Hazırda isə ətrafın abadlaşdırılması və daş döşəmələrin vurulması işləri görülür. Funikulyorda dəmiryol xəttinin uzunluğunda da dəyişiklik edilməyib.

Funikulyorda gediş haqqına gəlincə, bununla bağlı iş icraçıları əlavə məlumat vermədilər. Gediş haqqını yalnız Tarif Şurasının müəyyən etdiyi bildirildi.

Qeyd edək ki, Bakı Funikulyorunun mayın 10-da sakinlərin istifadəsini verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Bakı funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. İki stansiyası olan funikulyorun stansiyalarının arasındakı məsafə 455 metrdir. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasındakı bu məsafədə lift rolunu oynayan funikulyor istifadəyə verildiyi gündən bu günə qədər Bakı sakinlərinin və paytaxtımıza gələn xarici qonaqların diqqət mərkəzində olub.

\"\"


\"\"

\"\"

\"\"

\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə