Onun sözlərinə görə, müxalifət 20 ildir yerində gəzir, gedib 5-10 adamı yığıb mitinq keçirir və eyni şeyləri təkrarlayır: \"20 ildə Azərbaycan çox dəyişib, amma dəyişməyən bir şey var, o da müxalifətdir. 20 il bundan əvvəl necə idilərsə, indi də elədirlər, 20 il əvvəl kimlər idisə, indi də onlardır. Azərbaycan cəmiyyəti iqtidarın apardığı siyasətin faydasını görür və ona görə də hakimiyyəti dəstəkləyir. Müxalifətə isə insanların heç bir inamı qalmayıb, əgər qalsaydı, onlar da bir az dəyişərdi, mövqeləri güclənərdi. Əksinə onların mövqeləri gündən-günə zəifləyir. Keçirdikləri aksiyalar bunun bariz nümunəsidir. 30-40 partiyanın keçirdiyi mitinqdə 1000-1500 adam iştirak edir, onlar da ki, öz ailələrindən, funksionerlərindən ibarət olur\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB