Fransada prezident Türkiyəni qəzəbləndirəcək bir addım atmağa hazırlaşır

Fransada prezident Türkiyəni qəzəbləndirəcək bir addım atmağa hazırlaşır

Fransada prezident Nikola Sarkozi Türkiyəni çox qəzəbləndirəcək bir addım atmağa hazırlaşır. SİA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, erməni dərnəklərinin iddialarına əsasən, Nikola Sarkozi Fransa tarixində ilk dəfə olaraq bu gün Parisdə keçiriləcək 24 aprel qondarma \"erməni soyqırımı\"na həsr olunan tədbirdə iştirak edəcək. Yelisey Sarayından rəsmi açıqlama verilməsə də, Erməni Dərnəkləri Koordinasiya heyəti, prezident Nikola Sarkozinin mərasimə qatılacağını və mövzu ilə əlaqədar çıxış edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə