Aydın Hüseynov: \"Azərbaycan xalqından dəstək gözləmək müxalifətin boş xəyallarıdır\" - MÜNASİBƏT
Sabah müxalifətin növbəti mitinqi keçiriləcək. Dəfələrlə puç olmuş xəyalları ilə ortada qalan müxalifətçilərin növbəti iflasına son bir gün qaldı. SİA-ya verdiyi açıqlamasında YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bunu müxalifətin adət halı almış məğlubiyyəti adlandırıb.
Onun sözlərinə görə, müxalifətin bu cəhdləri Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa yönəlib: "Sabah müxalifətin növbəti icazəli mitinqi keçiriləcək. Normal olaraq, Konstitusiyamıza uyğun olan formada, sərbəst toplaşma azadlığına əsasən insanlara bu şərait yaradılır. Onlar bilmirlər ki, cəmiyyət radikal müxalifət nümayəndələrinin düşündüyü tərzdə düşünmür. Bu gün cəmiyyəti düşündürən Azərbaycan dövlətinin qüdrətli olmasıdır. Buna görə də insanlar ölkə prezidentinin siyasətini dəstəkləyirlər. Bu gün Azərbaycanda dövlət başçısı ilə xalq arasında çox mehriban, səmimi və sağlam bünövrəyə əsaslanan münasibət var. Ona görə də, dövlətin nailiyyətlərinə sevinən xalq bundan bütün istiqamətlərdə bəhrələnir. Ölkəmizin siyasi, iqtisadi nüfuzunun artması bütün xalq tərəfindən sevinclə qarşılanır. Azərbaycan prezidentinin yeritdiyi uğurlu siyasət və bunun nəticələri bəzi xarici dövlətlər və konkret düşmən tərəfindən qısqanclıqla qarşılanır. Müxalifət nümayəndələri arasında bu cür ölkələri dəstəkləyənlər, hətta onlarla əlbir olanlar belə olur. Bir neçə gün bundan öncə də bu cür mitinq keçirilmişdi. Lakin özünüz də diqqət etdinizsə meydandakı 1200 nəfərin 300-ü jurnalist, bir qismi isə polislər idi. Yəni böyük səs-küylə hazırlaşdıqları mitinqin nəticəsi göz qabağında idi. Hər halda mitinqin keçirilməsi üçün icazə verilməklə yanaşı, hər cür şərait də yaradılmışdı. Nəticə isə göz qabağında idi. Ona görə də müxalifətçilər artıq gözlərini açıb öz düşüncələrinə deyil, xalqın istəklərinə, dəstəklədiklərinə və mövqeyinə nəzər yetirməlidirlər\".
Aydın Hüseynov bildirib ki, bu gün Azərbaycan xalqından dəstək gözləmək müxalifətin boş xəyallarıdır: \"İnsanlar göz qabağında olan bu inkişafı necə görməyə bilərlər? 40 partiya birlikdə mitinqə 1200 nəfər gətirə bilmirsə bu nə siyasi mübarizədir? Mitinqə gələnlərin çoxu müxalifət liderlərinin öz qohumlarıdır. Radikal müxalifət öncə öz ətrafına nəzər salmalı, onları dəstəkləyənlərin kim olduğunu bilməlidir. Xalq arasında müxalifət xülyasına inananlar yox dərəcəsindədir. Azərbaycanın nailiyyətlərinə qısqanclıqla yanaşan, xarici dövlətlərə məlumat ötürmək və Azərbaycanı ləkələyərək dünyaya təqdim etməyə çalışmaq hər halda heç bir məntiqə sığmayacaq qədər yanlış davranışdır. Bu gün ölkəmiz \"Eurovision\" kimi möhtəşəm bir tədbirə hazırlıq ərəfəsindədir. Bu müsabiqənin iqtisadi gəlirləri ilə yanaşı Azərbaycanın dünyada tanıdılması istiqamətində rolu əvəzsiz olacaq. Hazırda dünyanın gözünün Azərbaycanda olduğu danılmaz həqiqətdir. Əqidələrinə uyğun formada Azərbaycanı bu ərəfədə salmaq istədikləri kölgənin izində özləri itəcəklər. Sabahkı mitinq 8 aprel mitinqindən də sönük keçəcək və müxalifət nümayəndələri növbəti dəfə iflasa uğrayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB