Beynəlxaq Diaspor Mərkəzi ABŞ səfirliyinə bəyanat təqdim edəcək

Beynəlxaq Diaspor Mərkəzi ABŞ səfirliyinə bəyanat təqdim edəcək

24 aprel 2012-ci il tarixində Beynəlxaq Diaspor Mərkəzi (BDM) sözdə yalançı "erməni soyqırımı" ilə bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyinə bəyanat təqdim edəcək. Qurumdan SİA-ya verilən məlumata görə, bəyanatda erməni lobbisi tərəfindən 24 aprelin "soyqırım günü" kimi tanınması istiqamətində apardıqları fəaliyyət pisləniləcək və ABŞ-ı ermənilərin həyata keçirdikləri hiyləgərliyə uymamağa səsləyəcək.

BDM-in hazırladığı bəyanat 24 aprel 2012-ci il saat 15:00-da ABŞ-ın ölkəmizdəki səfirliyinə təqdim ediləcək.

Məlumat üçün bildirək ki, 21-23 aprel 2012-ci il tarixində Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayında iştirak etmək məqsədilə BDM sədri İsmayıl Ağayev başda olmaqla mərkəzin nümayəndə heyəti Ukraynanın Donetsk şəhərinə səfər edəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə