“Təmiz Şəhər” ASC Kopenhagendə konfransda iştirak edir - FOTO

“Təmiz Şəhər” ASC Kopenhagendə konfransda iştirak edir - FOTO

19-20 aprel tarixlərində Danimarkanın Kopenhagen şəhərində II "Tullantılar və iqlim" Konfransı keçiriləcək. "Təmiz Şəhər" ASC –dən SİA-ya verilən məlumat görə, dünyanın 20 ölkəsindən 105 nümayəndənin iştirak etdiyi konfransda ölkəmizi "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti təmsil edir.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov konfransın panel iclasındakı çıxışı zamanı tullantıların idarəedilməsi sahəsində Azərbaycanda görülən işlər haqqında iştirakçılara geniş məlumat verib, bu sahədə Azərbaycan təcrübəsinin digər MDB və Şərqi Avropa ölkələri üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tullantıların idarəolunması resursların səmərəliliyinin artırılması və iqlim dəyişikliyinin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Məhz bu səbəbdən sözügedən konfrans tullantıların idarəolunmasının iqlim dəyişikliyinin qarşısının alınmasında roluna həsr olunub. Konfransın keçirilməsində məqsəd aparıcı alimlərin və tullantıların idarəolunması ilə məşğul olan müəssisələrin ismarışlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Konfrans iştirakçıları mövcud texnologiya və strategiyaların həm milli, həm də yerli səviyyədə təhlili, o cümlədən iqlim dəyişikliyi mövqeyindən material və karbon idarəolunmasının gələcək perspektivlərini müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə