Əli Əhmədov: \"Avropa Parlamentində qəbul olunan qətnamə əməkdaşlığımızın daha da genişlənməsinə təkan verə biləcək\"

Əli Əhmədov: \"Avropa Parlamentində qəbul olunan qətnamə əməkdaşlığımızın daha da genişlənməsinə təkan verə biləcək\"

\"Azərbaycan Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edir, "Şərq tərəfdaşlığı" çərçivəsində bu əməkdaşlıq öz bəhrəsini verir\". SİA-nın verdiyi xəbər görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Ə.Əhmədovun sözlərinə görə, Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamənin qəbul olunması Azərbaycanın Avropaya inteqrasiyasına və əməkdaşlığına daha da güclü təkan verəcək. Digər tərəfdən isə bu Avropanın Qafqaz siyasətinin genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək. "Azərbaycanın etibarlı tərəfdaş kimi bu illər ərzində özünü göstərməsi bu əməkdaşlığın daha da genişlənməsinə, möhkəm və etibarlı bünövrə üzərində qurulmasına zəmin yaradır.

Güman edirəm ki, qəbul olunan qətnamə bu əməkdaşlığın bundan sonra da genişlənməsinə ciddi təkan verə biləcək",-deyə YAP-ın icra katibi sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə