Əflatun Amaşov jurnalistlərə təzyiqlərlə bağlı daxili işlər nazirinə müraciət edib

Əflatun Amaşov jurnalistlərə təzyiqlərlə bağlı daxili işlər nazirinə müraciət edib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva və jurnalist İdrak Abbasovun ("Zerkalo" qəzeti) peşə fəaliyyətini yerinə yetirərkən təzyiqlərlə üzləşmələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

SİA-nın məlumatına əsasən, müraciətdə deyilir: Mətbuat Şurasına daxil olan məlumata görə, hər iki media təmsilçisi aprelin 18-də ARDNŞ-in Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikililərin söküntü prosesi ilə bağlı material hazırlayarkən təzyiqlərlə üzləşib. Şirkətin işçiləri onların peşə vəzifələrini yerinə yetirmələrinə mane olub, G.Musayevaya təzyiq göstərərək fotoaparatını əlindən alınıb. İ.Abbasov isə fiziki təzyiqə məruz qalmaqla yanaşı digər həmkarı kimi təhqir olunub.


Şura sədri müraciətində məsələnin ətraflı araşdırılacağına və qanuna müvafiq tədbir görüləcəyinə əminliyini vurğulayıb.



Bütün xəbərlər Facebook səhifəmizdə