Bakıda «Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi» mövzusunda beynəlxalq tədbir keçirilir
Toplantıda çıxış edən Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasının prezidenti Fridrix Stikler belə tədbirlərin assosiasiya üzvləri arasında əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli olacağına əminliyini vurğulayıb. Öz növbəsində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Rəhimli, müxtəlif ölkələrin lotereya fəaliyyəti ilə məşğul olan təşkilatlarının nümayəndələri isə çıxışlarında ölkələrinin lotereya fəaliyyəti sahəsində təcrübəsi, bu sahədə qanunvericilik barədə məlumat veriblər. İki gün davam edəcək tədbirdə lotereya təşkilatları arasında əməkdaşlıq, inkişaf edən ölkələrdə lotereya fəaliyyətinin perspektivləri, lotereyaların sosial istiqaməti və s. məsələlər ətrafında müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB