Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (Ümumdünya İrs günü) qeyd edilir. SİA-nın verdiyi məlumata görə, bu gün tarix cəmiyyətdə ümumdünya mədəni irsin qorunması və müdafiə olunması məsələsinə qarşı maraq oyatmaq məqsədi ilə 1983-cü ildə YUNESKO-nun nəzdində yaradılmış Abidələr və Tarixi Yerlərin Müdafiəsi üzrə Beynəlxalq Şura Məclisi (İKOMOS) tərəfindən müəyyən edilib. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilk dəfə beynəlxalq səviyyədə 1984-cü il aprelin 18-də keçirilib.

Ümumdünya İrs gününün qeyd edilməsi çərçivəsində mədəni irsin qorunub saxlanması ilə bağlı konfranslar, həmçinin digər mərasimlər keçirilib. Həmin gün (Beynəlxalq Muzey günündə olduğu kimi) bəzi muzeyləri pulsuz ziyarət etmək olar.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq Bakıda \"İşərişəhər\" Dövlət tarixi-memarlıq qoruğunda \"Açıq Qapı\" günü elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə