Sabah hava yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında aprelin 17-dən 18-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacaq, gündüz dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayim şərq küləyi ilə əvəz olunacağı proqnozlaşdırılıb. Havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Yağışın aprelin 18-i gündüz kəsiləcəyi, 19-da axşamadək havanın əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin ayın 19-da gündüz arabir güclənəcəyi bildirilir. Rayonlarda isə sabah şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi xəbəri verilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Bölgələrdə havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə