Türkiyənin baş naziri İraqın vitse-prezidenti ilə görüşüb

Türkiyənin baş naziri İraqın vitse-prezidenti ilə görüşüb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada İraqın vitse-prezidenti Tarıq Haşimi ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, \"TRTRussian\"a istinadən xəbər verir ki, görüş zamanı İraqda son zamanlar baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Jurnalistlərin iştirakı ilə keçirilən görüş 1 saata yaxın davam edib. Haşimi Ərdoğana Türkiyəyə gəlməzdən əvvəl keçirdiyi bir sıra görüşlər haqqında məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə