“Bakıelektrikşəbəkə” xəbərdarlıq etdi

“Bakıelektrikşəbəkə” xəbərdarlıq etdi

"Bakıelektrikşəbəkə" ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı aprelin 17-də saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

"Bakıelektrikşəbəkə"-dən SİA-ya verilən xəbərə görə, borcunu qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandırılacaq, abonentlərə heç bir güzəşt edilməyəcək.

"Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Bu da abonentlərə müəyyən problemlər yaradacaq.

Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur,"- məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə