NATO baş katibi Anders Foq Rasmussen təhlükəsizlik məsələləri üzrə məsuliyyətin koalisiya qüvvələrindən Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verilməsinə dair danışıqlar aparmaq üçün Kabilə səfər edib. Anders Foq Rasmussen bildirib ki, Əfqanıstan hərbçiləri artıq 2013-ci ilin ortalarınadək ölkədə başlıca rol oynamağa hazır olacaq. O, bu istiqamətdə hazırlanmış yol xəritəsinin icrasının davam etdirələcəyini və 2014-cü ilədək tədricən təhlükəsizliyə nəzarətin yerli qüvvələrə təhvil veriləcəyini deyib.
Əfqanıstan prezidenti Həmid Kərzai isə birgə mətbuat konfransında ölkədə 2014-cü ildə planlaşdırılan prezident seçkisinin tezləşdirələ biləcəyini istisna etməyib. O, ölkədə təhlükəsizliyə nəzarətin təhvili prosesini yüngülləşdirmək üçün bu addımı atmaq niyyətində olduğunu bildirib.
Əfqanıstanda növbəti prezident seçkisi 2014-cü ildə planlaşdırılıb və NATO qüvvələri həmin ilin sonunadək bu ölkəni tərk etməlidir. Əfqanıstan konstitusiyası isə ikinci beş illik prezident müddətini başa vuracaq Həmid Kərzainin üçüncü müddətə namizədliyini qadağan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB