Bu gün 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahələr, eləcə də 6-cı Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin açılışına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İteca Caspian şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirib ki, ilk dəfə olaraq sərgidə 32 ölkədən 200-dən çox şirkət iştirak edəcək. Sərgidə həmçinin 15 stend qəbul ediləcək.
"Bu sərginin keçirilməsi Azərbaycanın turizm imkanlarını xarici şirkətlərin nümayəndələri üçün təqdim etmək baxımından əhəmiyyəlidir. Bununla yanaşı ilk dəfə olaraq bu sərgidə Bolqarıstan da iştirak edəcək"-deyə B.Hidayətzadə bildirib.
Onu da bildirək ki, Mədəniyyət və Turizm Nazilriyinin dəstəyi ilə keçirilən sərgi 12-14 aprel tarixində Bakı Ekspo Mərkəzində baş tutacaq.
Məlumat üçün əlavə edək ki, sözügedən sərgiyə həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO), Sahibkarlar Təşkilatı Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.
Bu ilk sərginin daha bir özəlliyi də odur ki, ekspozisiyanın bir hissəsi sağlamlıq mərkəzləri və sanatoriyalarda istirahətə həsr olunacaq.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB