Ermənistan ordusu cəbhəyanı yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, düşmən ordusunun əsgərləri Tərtərin Qapanlı kəndini son bir neçə gündə tez-tez atəşə tutur.
Tərtərin Qapanlı kəndinin sakinləri nə qədər çətin olsa da artıq güllə səslərinə alışıblar. Kənd sakinlərinin dediyinə görə, ermənilər hər saat kəndi atəşə tuturlar. Gecə də, gündüz də atəşkəsi pozan ermənilərin hədəfləri isə gözlə görünə bilən hər şey olur.
Hər hansı bir qaraltıya belə atəş açan erməni hərbçiləri, insanlara, heyvanlara və hətta körpə uşaqlara da atəş açırlar. Ən çox zərər çəkən isə evlərin pəncərələri, dam örtükləri və divarları olur.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu cəbhə kəndini rayonun işğal altında yerləşən Seyudsulan kəndindən atəşə tutur.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB