Elmar Məmmədyarov Braziliya səfirini qəbul edib

Elmar Məmmədyarov Braziliya səfirini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Sergio Arrudanı qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfir S.Arruda etimadnamələrinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan-Braziliya əlaqələrinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsaslarda yüksək səviyyədə olduğunu qeyd edərək, yeni səfirə fəaliyyətində uğurlar arzulayıb. Nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini xüsusilə vurğulayıb.

Səfir S.Arruda iki ölkə arasındakı münasibətlərin artan templə inkişaf etdiyini diqqətə çatdıraraq, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə