V.Matviyenko: “Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dolları keçəcək”
"2011-ci ilin nəticələrinə görə, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olub". SİA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Fəxri Xiyabanda jurnalistlərə verdiyi açıqlamasında bildirib. O ölkələrimiz arasında uğurlu iqtisadi əməkdaşlığın olduğunu qeyd edib.
"Ötən ilin yekunlarına görə, ölkələrimiz arasında son illər ərzində ən böyük ticarət dövriyyəsi həcmi müşahidə edilib. Bu rəqəm 2 milyard 800 milyon dollar təşkil edir. İlin əvvəlindən bu artım tempi yüksək olduğundan biz ümid edirik ki, bu göstərici 2012-ci ildə 3 milyard dollardan çox olacaq",- deyə şura sədri qeyd edib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan həmçinin humanitar və mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq edir.
"Bizim ölkə başçılarının rəhbərliyi ilə ötən il ilk dəfə keçirilimiş Beynəlxalq Humanitar Forum ənənə halını alacaq. Hər il biz belə humanitar forumlar keçirəcəyik ki, bunlar da bizim qarşılıqlı əlaqələrimizin daha da inkişaf etməsinə təkan verəcək"-, deyə V. Matviyenko sözlərinə əlavə edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB