Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov iclas iştirakçılarını salamlayaraq ölkəsinin MDB çərçivəsində əlaqələrin inkişafı, müxtəlif layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Görüşdə MDB ölkələri arasında siyasi, iqtisadi, humanitar və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. İclasda 2011-ci il üçün MDB-də Xarici İşlər nazirlikləri arasında çoxsəviyyəli məsləhətləşmələrə dair planın yerinə yetirilməsi müzakirə edilib, 2012-ci il üçün iş planı bəyənilib. Bildirilib ki, 2011-ci ildə MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında yeddi məsləhətləşmə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB