MTN Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib. SİA-nın verdiyi məlumata görə, MTN-in İctimai Əlaqələr Məkəzinin rəhbəri Arif Babayev bildirib ki, hazırda əməliyyat tədbirləri davam etdirildiyindən əlavə məlumat verilmir.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında insident baş verib. Hadisə qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı meydana gəlib. İnsident zamanı hər iki tərəfdən ölənlər və yaralananlar var.
İlkin məlumatlara görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB