Tələbələrin Budapeştdə keçirilən forumdan gözləntiləri nədir?-SORĞU
Xəbər verdiyimiz kimi, bu gündən Macarıstanın paytaxtı Budapeştdə Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin (ASAİF) Beynəlxalq Forumu keçirilir. SİA-nın xəbərinə görə, bu forumda iştirak edən azərbaycanlı tələbələr onun yüksək nəticələr verəcəyini və gözləntilərinin nədən ibarət olacağını qeyd ediblər.
Çexiyanın Metrapolitan University Praque-da təhsil alan azərbaycanlı tələbə Cəmilə Bayramlı bu foruma ilk dəfə olaraq qatıldığını deyib: "Bundan öncə forum haqda çox eşitmişdim. Azərbaycanlı gənclərin bir araya gəlməsi və ölkə üçün əhəmiyyət kəsb edən ideyaların müzakirəsi hər zaman diqqətimi cəlb edib. Metrapolitan Praqa Universitetinin "Beynəlxalq münasibətlər və Avropa təhsili" fakultəsinin tələbəsi kimi "Mən gənc səfirəm" adlanan forum əminəm ki, mənə səfirlər, rəsmilərlə görüşlərdən sonra yeni biliklər qazandırmaqla bərabər, eyni zamanda əlaqələrimin inkişafına da kömək olacaq".
London Business school-un tələbəsi Kənan Salayev isə foruma artıq ikinci dəfədir ki, qatıldığını vurğulayıb: "İlk dəfə Bakıda keçirilən forumda iştirak etmişəm. "Mən gənc səfirəm" devizi altında keçirilən forumdan ən böyük gözləntim gələcək nəsillərə bizim böyük ölkəmizi düzgün təmsil etmək istiqamətində faydalı və professional diplomat kimi yetişməyim üçün yeni bilgiləri, ideyaları əldə edib, xarici arenada onların hər birini uğurla tədbiq etməyimdir. Bununla yanaşı, lobbiçilik fəaliyyətində vahid platforma ideyası ilə çıxış edəcəyəm. Çünki zənnimcə bu şəkildə biz daha proqressiv şəkildə addımlaya bilərik".
Paris school of business-in tələbəsi Toğrul Rəhimov isə qeyd edib ki, Azərbaycan Frandasa da mədəni sahədə çox gözəl tanınır: "Əfsuslar olsun ki, Fransda yaşayan Azərbaycan vətəndaşlarımız arasında birlik zəifdir. Bu da lobbiçiliyin aktiv şəkildə aparılmasına manelər yaradır. Düşünürəm ki, gənc tələbə olaraq, bu forumda sözün əsl mənasında lobbicilik, diplomatiya sahəsində yeniliklər əldə edib, Azərbaycanın tanıtımı istiqamətində böyük işlər görəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB