25-dən artıq ölkədən 200-dən artıq gənc Macarıstanın paytaxtı Budapest şəhərində bir araya gəlib. SİA-nın xəbərinə görə, onların burada toplaşmasının əsas səbəbi "Mən gənc səfirəm" ASAİF forumunun 6 aprel tarixindən start götürməsidir. İki gün davam edəcək foruma Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Çexiya, Türkiyə, Avstraliya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa və digər olkələrdən tələbələr qatılıb. Forum çərçivəsində Azərbaycan Respublikasının xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri ilə forum iştirakçılarının görüşü, eyni zamanda Azərbaycan gənclər təşkilatlarının rəhbərləri ilə Macarıstan gənclər təşkilatları rəhbərlərinin görüşü və müxtəlif layihələrin birgə müzakirələr nəzərdə tutulub.
Forumun mühüm əhəmiyyət kəsb edən bölümü Macarıstan Parlamentində gerçəkləşəcək. Burada gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət qulluğu komissiyasının sədri Bəhram Xəlilov, Milli Məclisin komitə sədri Səməd Seyidov, Milli Məclisin üzvləri Ceyhun Osmanlı, Fuad Muradov, Azərbaycanın xarici ölkələrdəki səfirləri Vilayət Quliyev, Həsən Həsənov, Fəxrəddin Qurbanov, Pərviz Şahbazov, Həsən Məmmədzadə və Qalib İsrafilov gənclərlə görüşlər keçirib, fikir mübadiləsi aparacaqlar.
Forumun növbəti günü "Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər", Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu", "Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları", "Sosial şəbəkələr və KİV-in gənclərin ictiami –siyasi fəallıqlarının artırılmasındakı rolu" mövzularında panel müzakirələr aparılacaq.
Tədbir Azərbaycan mədəniyyət gecəsi ilə sona yetəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB