PA rəsmisi: \"Ermənistan forpostu niyə həm də radiolokasiya postu olmasın?\"
\"Azərbaycan Qəbələ RLS-ni kimə, hansı müddətə, hansı şərtlərlə icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir\". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan Qəbələ RLS-nin qiymətini də, siyasətini də, qonşu dövlətlərlə münasibətlərə onun təsirini də nəzərə alır: \"Azərbaycan öz ərazisindəki məntəqələrə, o cümlədən hərbi məntəqələrə cavabdehdir, bununla bağlı öz siyasətini müəyyənləşdirir\".
PA rəsmisi həmçinin Ermənistanın baş naziri \"Azərbaycan və Rusiya Qəbələ RLS ilə bağlı razılığa gəlməsələr, Ermənistan Rusiyaya belə lokasiya stansiyasının tikintisinə icazə verə bilər\" sözlərinə də münasibət bildirib: \"Bizim heç bir etirazımız yoxdur. Əlbəttə, Ermənistan forpostu niyə həm də radiolokasiya postu olmasın? Rusiyaya Ermənistan ərazisində belə post tikmək lazımdırsa, biz buna etiraz etməyəcəyik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB