Mübariz Əhmədoğlu: “Dünya miqyasında Azərbaycana qarşı atılan addımların bir ucu Ermənistana dayanır”

Mübariz Əhmədoğlu: “Dünya miqyasında Azərbaycana qarşı atılan addımların bir ucu Ermənistana dayanır”

"Ermənistanın qarşısında çox böyük spektrli təhdidlər dayanır". SİA xəbər verir ki, bu sözləri Siyası İnnovasiya və Texnologiyalar mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, hazırda Ermənistan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ məsələsi, tarixən həll edilməmiş Cavaxetiya məsələləri bu qəbildən olan təhdidlərdəndir. O bildirib ki, Ermənistan kiçik imkanları məhdud bir dövlətdir. Ona görə də o, xarici və təşəbbüskar xarici siyasət aparmalıdır.

Politoloq vurğulayıb ki, Daşnaq partiyasının parlamentdəki təmsilçisi V. Ovanesyanın fikrincə, indi emənilərin göz yaşına təkcə Moskva deyil, heç Brüssel də inanmır. Çünki parlament seçkisindən sonra koalisiyanın qurulmasına meylli görünməyən "Daşnaq" partiyası bu variantı istisna etmir.

M. Əhmədoğlu vurğulayıb ki, Ermənistan prezidenti Serj Sarkisyan Brüsseldə erməni diasporunun nümayəndələri ilə görüşərkən ona Azərbaycan diasporunun güclənməsi ilə bağlı şikəyətlər olunub və Azərbaycanın xaricdəki təbliğatının qarşısının alınması sahəsində məsləhətlər istəyiblər. Politoloq qeyd edib ki, cavabında isə S. Sarkisyan onlara Azərbaycanda siyasi məhbusların olması məsələlərini qaldırmağı tövsiyyə edib: "Yəqin Sarkisyan kefli olduğu üçün siyasi məhbusların Azərbaycanda deyil, Ermənistanda oldunu unudub", -deyə o sözlərinə əlavə edib.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə