Mübariz Əhmədoğlu: “Rusiya bir neçə ildən sonra ərazi itkisinə məruz qala bilər”

Mübariz Əhmədoğlu: “Rusiya bir neçə ildən sonra ərazi itkisinə məruz qala bilər”

"Əgər bu günkü siyasətini davam etdirsə, Rusiya bir neçə ildən sonra ərazi itkisinə məruz qala bilər". SİA xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu beynəlxalq sferada baş verən proseslərin yekununa dair keçirdiyi mətbuat konfransı zamanı bildirib.


Politoloq qeyd edib ki, V.Putinin prezident seçilməsi ərəfəsində və ondan sonrakı dövrdə Rusiya özünü MDB dövlətlərinə tamamilə yeni keyfiyyətdə təqdim elədi. M. Əhmədoğlunun sözlərinə görə, RF-nın MDB dövlətlərinə təzyiq etməsi yalnız müvəqqəti xarakter ola bilər.

M.Əhmədoğlu vurğulayıb ki, hazırda Rusiyanın elmi, mədəni, fəlsəfi potensialı, onun hərbi potensialından daha uzun müddətli və faydalı ola bilər. Ona görə də Rusiyanın indiki rəhbərliyi belə böyük "yumşaq gücü" qoyub, kiçik miqyaslı, qısa müddətli effekt yaradan sərt gücə müraciət etməsini anlamaq mümkün deyil. "Belə olan halda Rusiya özü bir neçə ildən sonra öz ərazilərinin itkisinə məruz qala bilər", -deyə politoloq sözlərinə əlavə edib.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə