Fərəc Quliyev: \"Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir\"

Fərəc Quliyev: \"Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir\"

\"Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir\". SİA-nın məlumatına görə, bu fikirləri Avronest PA-nın Bakıdakı növbəti sessiyasının son iş günündə keçirilən plenar iclasında millət vəkili Fərəc Quliyev səsləndirib.

"Həm Gürcüstan, həm Azərbaycan, həm Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndələri var", - deyə o əlavə edib.

Onun sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur: "Lakin ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə forum rolunu oynayır".

İclasda iştirak edən millət vəkili öz növbəsində təklif edib ki, Avropa İttifaqı bu münaqişənin həlli ilə bağlı bir forum təşkil etsin ki, orada da müzakirələr nəticəsində yol xəritəsi göstərilsin.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə