Prezident Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olub - FOTOSESSİYA

Prezident Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olub - FOTOSESSİYA

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar.

SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat verilib. Qeyd edək ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcəkdir. Burada rahat gediş-gəlişi təmin etmək məqsədi ilə yol boyu piyada keçidlərinin inşa olunacağı nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinə də baxıblar. Dövlət başçısı və xanımı ərazidə inşa olunan İdman-Konsert Kompleksində aparılan tikinti işlərinin gedişi ilə də tanış olublar.

İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə