Avronest PA-nın plenar iclasında Yuliya Timoşenko ilə bağlı qətnamə qəbul edildi

Avronest PA-nın plenar iclasında Yuliya Timoşenko ilə bağlı qətnamə qəbul edildi

Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci plenar iclasında Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə bağlı qətnamə qəbul edilib. SİA-nın xəbərinə görə, qətnamənin müəllifi olan ukraynalı millət vəkili Borys Tarasyuk bildirib ki, qətnamə ancaq humanitar aspektə və Y.Timoşenkoya deyil, həmçinin bütün siyasi məhbuslara aid edilməlidir.

"Yuliya Timoşenko və digər müxalif siyasətçilər azad edilməlidir. Ukraynanın müvafiq orqanları onlara müalicə üçün şərait yaratmalıdır. Burada isə söhbət yalnız Timoşenkodan deyil, Ukrayna demokratiyasından gedir".

Müzakirələrin davamında bir sıra digər ölkələrin deputatları bu məsələdə kifayət qədər məlumatlı olmadığını və bitərəf mövqe göstərəcəklərini bildiriblər. Müzakirələrin sonunda qətnamə 40 lehinə, 2 əleyhinə, 17 bitərəf olmaqla qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə