Nürnberqdə Azərbaycan həqiqətləri ilə bağlı konfrans və təqdim olunan kitablar nüfuzlu KİV-in geniş diqqətində olub

Nürnberqdə Azərbaycan həqiqətləri ilə bağlı konfrans və təqdim olunan kitablar nüfuzlu KİV-in geniş diqqətində olub

Millət vəkili Qənirə Paşayevanın Almaniyanın Nürnberq bölgəsinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyinin üzvü Həvva Məmmədova ilə birgə yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) "Xocalı Soyqırımı: Şahidlərin dilindən" kitabı, habelə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə həmmüəllifi olduğu və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabları təqdim olunub.

SİA-nın məlumatına görə, kitablar 31 mart -azərbaycanlıların Soyqırımı günü və Kəlbəcərin işğalı ilə bağlı anma tədbiri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans çərçivəsində təqdim edilib. Hər iki kitabda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faktları istintaq materialları əsasında oxucuların diqqətinə çatdırılıb. Kitabda müəlliflərin soyqırımın şahidləri ilə söhbətləri və şahidlərin xatirələri də öz əksini geniş şəkildə tapıb.


Kitabların təqdim olunduğu Almaniyanın Nürnberq şəhərində təşkil edilmiş 31mart-azərbaycanlıların Soyqırımı günü və Kəlbəcərin işğalı ilə bağlı anma tədbiri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans "Sabah", "Zaman", "Hürriyyət", "Vatan" qəzetlərində, Anadolu Agentliyində və Türkiyənin bir sıra digər KİV-də geniş işıqlandırılıb və Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının birgə təşkil etdikləri tədbirin əhəmiyyəti vurğulanıb.





Bütün xəbərlər Facebook səhifəmizdə